Bayden Abbasla görüşməkdən imtina edib

Sen30,2021

ABŞ Prezidenti Cozef Bayden BMT Baş Assambleyası çərçivəsində Fələstin Prezidenti Mahmud Abbasla görüşməkddən imtina edib.

Bu barədə amerikalı və fələstinli mənbələrə istinadən “Axios” portalı bildirib.

Məlumata əsasən, M.Abbas BMT Baş Assambleyası üçün Nyu-Yorka getməyə qərar verməzdən əvvəl, C.Baydenlə görüş təşkil etməyə çalışıb. Lakin Ağ Ev C.Baydenin məşğul olduğunu əsas gətirərək Fələstin liderinin təklifini rədd edib və nəticədə M.Abbas ABŞ-a getməyib.

ABŞ Administrasiyasında C.Baydenin Nyu-Yorkda heç bir ikitərəfli görüş keçirməyəcəyini bildirməsinə baxmayaraq, o, lideri üç belə görüşdə iştirak edib.

Oxşar Xəbərlər