“Aramızda olan fikir ayrılıqlarına baxmayaraq, mən yəhudi xalqının, İsrailin təhlükəsizliyinə və onun müstəqil yaşamaq hüququna tam sadiqəm”.
QİA.az “Report”a istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Cozef Bayden Vaşinqton Holokost Muzeyində çıxışı zamanı deyib.
Eyni zamanda Bayden ölkə universitetlərində Fələstin tərəfdarı hərəkətləri tənqid edib:
“Heç bir Amerika şəhərciyində, Amerikanın heç bir yerində antisemitizm, nifrət və ya hər hansı bir zorakılıq təhdidinə yer yoxdur. Şiddətli hücumlar və maddi ziyan dinc etirazlar deyil. Bu qanuna ziddir”.
Bundan əvvəl “The Wall Street Journal” qəzeti İsrail Müdafiə Qüvvələrinin (IDF) Qəzza zolağının Rəfah şəhərində HƏMAS-a qarşı genişmiqyaslı əməliyyatının başlaması ilə bağlı vəziyyətin ABŞ və İsrail arasında ziddiyyətləri daha da dərinləşdirdiyini yazıb.