Bayden Consona velosiped və dəbilqə hədiyyə edib

ABŞ prezidenti, “Böyük Yeddilər”in (G7) sammitində iştirak üçün Karbis-Bey şəhərinə gəlmiş Cozef Bayden Böyük Britaniyanın baş naziri Boris Consonla görüşdə ona Amerika istehsalı olan velosiped və dəbilqə hədiyyə edib.

“QİA.az” xəbər verir ki, bu barədə PA agentliyi bildirib.

Öz növbəsində tez-tez velosipeddə gəzintilərə çıxan Conson da Baydenə qaradərili hüquq müdafiəçisi Frederik Duqlasın (1817-1895) şərəfinə Edinburqda çəkilmiş şəkil bağışlayıb.

Qeyd edilir ki, Duqlas 1840-cı illərdə Böyük Britaniyaya səfər edib.

Agentliyin məlumatına görə, səfərdə Amerika liderini müşayiət edən Ağ Ev başçısının xanımı Cill Bayden ingilis yazıçısı Dafnı dyu Morenin (1907-1989) “Alma ağacı” hekayələr toplusunun birinci nəşrini alıb. Öz növbəsində Britaniya baş naziri ilə toyu mayın 29-da olmuş Kerri Conson da ABŞ-ın hərbi qulluqçularının arvadları tərəfindən istehsal edilmiş dəri çanta və ipək şarfın sahibəsi olub.

Bayden və Consonun ikitərəfli görüşü G7 sammiti ərəfəsində keçirilib.

Oxşar Xəbərlər