ABŞ Prezidenti Co Bayden Nevada ştatının Reno şəhərində seçki kampaniyası üçün keçirilən ianə toplantısında çıxış edərkən Finlandiya ilə Norveçi səhv salıb.
Prezident 2023-cü ilin noyabrında ölümündən 10 gün əvvəl ABŞ-nin keçmiş dövlət katibi Henri Kissincerlə danışdığını deyib.
“O dedi ki, Avropa uzun müddət Rusiyaya bir qədər ehtiyatla baxıb. Biz Avropaya gələnə qədər vəziyyət belə olub. Lakin biz Avropanı birləşdirdik, NATO-nu genişləndirdik. İsveç və Norveçi də alyansa qatdıq”, – deyə Bayden Kissincerin sözlərini yanlışlıqla xatırlayıb.
Qeyd edək ki, Finlandiya və İsveç 2022-ci ildə NATO-ya üzv olmaq üçün eyni vaxtda ərizə təqdim ediblər. Finlandiya Şimali Atlantika Alyansına 4 aprel 2023-cü ildə, İsveç isə 7 mart 2024-cü ildə qoşulub. Norveç NATO-nun qurucu ölkələrindən biri olub və 1949-cu ildə yarandığı gündən təşkilatın üzvüdür.