Bayden Si Cinpinlə danışıqlar aparıb

US President Joe Biden meets with China's President Xi Jinping during a virtual summit from the Roosevelt Room of the White House in Washington, DC, November 15, 2021. (Photo by MANDEL NGAN / AFP) (Photo by MANDEL NGAN/AFP via Getty Images)

ABŞ Prezidenti Co Bayden Çin Prezidenti Si Cinpinlə telefon danışığı aparıb.

Məlumata görə, Ağ Ev rəhbəri çinli həmkarına çatdırıb ki, Vaşinqton Pekinin Ukrayna münaqişəsi ilə bağlı Moskvaya göstərdiyi yardımdan narahatdır.

“Bayden ÇXR-in Rusiyanın Ukraynadakı müharibəsini dəstəkləməsindən, eləcə də Rusiyaya özünün müdafiə sənayesi bazasını bərpa etməsinə yardım səylərindən narahatlığını ifadə edib”, – məlumatda bildirilib.

Öz növbəsində Si Cinpin Tayvan məsələsini Çin və ABŞ arasındakı münasibətlərdə əsas qırmızı xətt adlandırıb.

Mənbə: TASS

Oxşar Xəbərlər