Bayden Trampın ölkəyə girişlə bağlı fərmanını ləğv edib

bayden

ABŞ Prezidenti Co Bayden sələfi Donald Trampın imzaladığı bəzi xarici vətəndaşlar üçün ölkəyə girişi qadağan edən fərmanı ləğv edib.

“QİA.AZ” xəbər verir ki, Baydenin açıqlaması Ağ Ev tərəfindən yayımlanıb.

“Girişin dayandırılması ABŞ-ın maraqlarına cavab vermir. Əksinə, ABŞ vətəndaşı və ya yaşayış icazəsi olan ailə üzvlərinin burada öz ailələri ilə görüşməsini əngəlləməklə bərabər ölkəyə ziyan vurur”,- deyə Bayden qeyd edib.

Baydenin fikrincə, Trampın bu qərarı dünyanın müxtəlif yerlərində istedadlı şəxslərdən istifadə edən sənaye sahələrinə mənfi təsir edib.

O həmçinin, qərar səbəbindən “Green Card” qazanmış şəxslərin ölkəyə girə bilmədiklərini də əlavə edib.

Xatırladaq ki, Tramp 2020-ci ilin aprelində “COVID-19” pandemiyası dövründə “ABŞ əmək bazarı üçün risk yaradan mühacirlər”in ölkəyə girişini qadağan edən bir fərman imzalamışdı.

Oxşar Xəbərlər