Bayden və Harris koronavirus qurbanlarının anım mərasimində çıxış edəcək

Yan19,2021
Bayden və Harris koronavirus qurbanlarının anım mərasimində çıxış edəcək

ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Bayden və gələcək vitse-prezident Kamala Harris yanvarın 19-da koronavirus səbəbi ilə ölən amerikalıların xatirəsinin anım mərasimində iştirak edəcəklər.

“QİA.AZ” xəbər verir ki, bu barədə “The Washington Post” yazıb.

Tədbir Vaşinqtonda, ölkənin 16-cı prezidenti Abraham Linkolna həsr olunmuş abidə yaxınlığında yerləşən hovuz ətrafında baş tutacaq. Səlahiyyətlilər Baydenin yanvarın 20-də keçiriləcək andiçmə mərasimində təhlükəsizlik qaydalarına riayət etmək fonunda küçəni kütlə üçün bağlamağa qərar verib.

Xatırladaq ki, Cons Hopkins Universitetinin məlumatına görə, ABŞ-da 24 milyondan çox koronavirusa yoluxma halı qeydə alınıb, 398,9 mindən çox insan COVID-19 qurbanı olub. Ölkə hər iki göstəriciyə görə dünyada birinci yerdədir.

Oxşar Xəbərlər