ABŞ prezidenti Cozef Baydenlə Rusiya prezidenti Vladimir Putinin İsveçrənin Cenevrə şəhərində keçiriləcək görüşünü işıqlandırmaq üçün 500-dən çox jurnalist akkreditasiya olunub.
QİA.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə İsveçrənin BMT-nin mənzil-qərargahındakı nümayəndəliyindən məlumat verilib.
Bildirilib ki, 500-600 jurnalist artıq artıq akkreditasiya olunub və yeni müraciətlərə baxılır”.
Məlumata görə, jurnalistlərin qeydiyyatı iyunun 11-i Bakı vaxtı ilə saat 12:00-dək davam edəcək.
Xatırladaq ki, Ağ ev və və Kreml zirvə toplantısının iyunun 16-da Cenevrədə keçiriləcəyini təsdiqləyib.