Baydenin oğlu qazandığı pulları narkotikə xərclədiyini etiraf edib

Apr1,2021

ABŞ Prezidenti Co Baydenin oğlu Hanter Bayden Ukraynanın “Burisma” qaz şirkətindən qazandığı pulları narkotik və alkoqollu içkiyə xərclədiyini etiraf edib.

“QİA.az” “The Washington Post” nəşrinə istinadən xəbər verir ki, o bu barədə bu yaxınlarda satışa çıxarılacaq “Gözəl şeylər” kitabında yazıb.

Hanter kitabında asılılıqlarının son nəticədə ailəsini və karyerasını məhv etdiyini bildirib. O, həmçinin 2015-ci ildə qardaşı Bonun beyin xərçəngindən ölməsindən sonra narkomaniya ilə necə mübarizə apardığından və reabilitasiya mərkəzlərində dəfələrlə müalicə keçməsindən bəhs edib.

Bununla belə Hanter, 2014-cü ildə “Burisma”da işləyərkən qanunsuz bir iş görmədiyini hesab etdiyini dilə gətirib. Ukrayna mətbuatında yer alan xəbərlərə görə, Hanter Bayden neft və qaz sektorunda təcrübəsi olmasa da, “Burisma” şirkətində aylıq 50.000 dollara qədər maaş alıb.

Qeyd edək ki, o, atası ABŞ-ın vitse-prezidenti vəzifəsində olarkən “Burisma” şirkətinin meneceri vəzifəsini tutmuşdu. Daha sonra Bayden Ukrayna səlahiyyətlilərinə təzyiq etməkdə ittiham olundu. Bayden vitse-prezident vəzifəsində çalışarkən, Ukrayna hökumətini “Burisma Holdings” enerji şirkəti ilə bağlı istintaqı aparan Baş prokuror Viktor Şokini vəzifəsindən azad etməyə çağırmışdı. Nəticədə, Şokin vəzifəsindən kənarlaşdırılmış və istintaq dayandırılmışdı.

Oxşar Xəbərlər