Baydenin xarici siyasətlə bağlı çıxışı təxirə salındı

Fev2,2021

ABŞ prezidenti Cozef Baydenin ölkənin xarici siyasət kursu ilə bağlı geniş məzmunlu çıxışı fevralın 4-də baş tutacaq.

QİA.AZ-ın məlumatına görə, bunu Ağ Evin mətbuat katibi Cen Psaki keçirdiyi brifinqdə söyləyib.

“Biz prezidentin bu həftənin cümə axşamı Dövlət Departamentinə gələcəyini təsdiq edirik. O, Amerikanın dünyadakı rolunun bərpası ilə əlaqədar çıxış edəcək”-deyə, o bildirib.

Qeyd edək ki, “NBC News” telekanalı yüksək vəzifəli mənbəyə istinadən ABŞ prezidenti Cozef Baydenin fevralın 1-də ilk dəfə geniş məzmunlu nitqlə çıxış edəcəyi barədə məlumat vermişdi.

Oxşar Xəbərlər