“Qarabağ” oyuna çox yaxşı hazırlaşmışdı. Hətta qələbə qazana da bilərdilər.
QİA.az xəbər verir ki, bunu UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçirilən “Qarabağ” – “Bayer” matçından sonra qonaqların üzvü Florian Virtz almaniyalı jurnalistlərə açıqlamasında bildirib.
Almaniya millisinin üzvü Ağdam təmsilçisinin çox inamlı oynadığını vurğulayıb: “Qarabağ” ilk hissədə möhtəşəm oyun sərgilədi. Layiq olduqları 2 qolu vurdular. İkinci hissədə şanslarımızdan istifadə etdik. Son dəqiqələrdə qələbə qolunu da vura bilərdik”.