“Bayer” məğlubiyyətdən son dəqiqələrdə qurtuldu

Almaniya Bundesliqasının 27-ci turunda “Bayer” və “Hoffenhaym” komandaları qarşılaşıblar.

QİA.Az Oxu.Az-a istinadən xəbər verir ki, oyunda ilk olaraq “Hoffenhaym”ın hücumçusu Maksimilian Bayer 33-cü dəqiqədə fərqlənib.

88-ci dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Robert Andriç hesabı bərabərləşdirib. Meydan sahiblərinə qələbəni isə 90+1-ci dəqiqədə fərqlənən hücumçu Patrik Şik gətirib.

Beləliklə də, “Bayer”in bütün turnirlərdəki məğlubiyyətsizlik seriyası 39 matça çatıb. Komanda Bundesliqanın turnir cədvəlində birinci yeri tutur. Xavi Alonsonun yetirmələri 27 oyundan sonra 73 xal toplayıblar. “Hoffenhaym” isə 33 xalla doqquzuncu yerdədir.

Oxşar Xəbərlər