Bayram günlərində banklar və “Azərpoçt” işləyəcək

10-14 aprel qeyri-iş günlərində ölkədəki bankların filial və şöbələri, eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin şöbələri və valyuta mübadiləsi məntəqələri fəaliyyət göstərəcəklər.

QİA.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Bildirilib ki, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 17 bankın 126 satış nöqtəsi (o cümlədən, 3 bank üzrə 3 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt”un 68 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 5 valyuta mübadiləsi məntəqəsi (o cümlədən, 1-i 24 saat rejimində olmaqla) müştərilərə xidmət göstərəcək.

Oxşar Xəbərlər