Bayram günü Bakıda və bölgələrdə gözlənilən hava proqnozu AÇIQLANDI

Martın 20-də Bakı və Abşeron yarımadasında havanın maksimal temperaturu doqquz dərəcə, minimal temperaturu isə beş dərəcə olacaq.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumatda qeyd edilib.

Bildirilib ki, küləyin sürəti 15-20 m/san olacaq.

Gəncə-Qazaxda maksimal temperatur 11 dərəcə, minimal temperatur isə üç dərəcə olacaq. Küləyin sürəti 15 m/saniyəyə çatacaq.

Balakən-Şəkidə maksimal temepartur 11 dərəcə, minimal temperatur isə dörd dərəcə olacaq. Küləyin sürəti 15-18 m/s-yə çatacaq.

Dağlıq Şirvan ərazisində havanın maksimal temperatur səkkiz dərəcə, minimal temperatur isə dörd dərəcə olacaq. Küləyin sürəti 15-18 m/s-yə çatacaq.

Quba-Qusarda havanın maksimal temperaturu beş dərəcə, minimal temperaturu isə sıfır dərəcə olacaq. Küləyin sürəti 15-17 m/s-yə çatacaq.

Mərkəzi Aran zonasında havanın maksimal temperaturu 13 dərəcə, minimal temperaturu isə beş dərəcə olacaq. Küləyin sürəti 15-18 m/s-yə çatacaq.

Lənkəran – Astra zonasında havanın maksimal temperaturu 11 dərəcə, minimal temperaturu isə iki dərəcə olacaq. Küləyin sürəti 15 m/s olacaq.

Naxçıvan Muxtar Respublikasında havanın maksimal temperaturu 10 dərəcə, minimal temperaturu isə iki dərəcə olacaq. Küləyin sürəti 15-18 m/s olacaq.

Qarabağ və Şərqi-Zəngəzur bölgəsində havanın maksimal temperaturu beş dərəcə, minimal temperaturu isə mənfi beş dərəcə olacaq. Külək 15 m/s olacaq.

Oxşar Xəbərlər