Bazar ertəsinə olan hava PROQNOZU

Ölkə ərazisində sabah gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən QİA.Az-a verilən məlumata görə, aprelin 17-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 6-9°, gündüz 13-16° isti olacaq.

Atmosfer təzyiqi 771 mm civə sütunu, nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında isə əsasən yağmursuz hava gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var.

Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-11°, gündüz 15-20° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.

Oxşar Xəbərlər