BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

May4,2024

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) Parlamentlərarası Assambleyasının nümayəndə heyəti ilə görüş keçirilib.

BDU-dan QİA.az-a bildirilib ki, görüşdə ASEAN Parlamentlərarası Assambleyasının Baş katibi Siti Rozaimeriyanti təşkilatın fəaliyyəti haqqında məlumat verib. Baş katib təşkilatda elmi tədqiqatlar və ali təhsil sahəsində həyata keçirilən layihələr haqqında danışıb. Daha sonra tərəflər qarşılıqlı əməkdaşlığın perspektivlərini, ASEAN ölkələrinin elm-təhsil mərkəzləri ilə BDU arasında tərəfdaşlığa dair imkanları müzakirə ediblər.

Görüşdən sonra Baş katib Siti Rozaimeriyanti tələbələrə “ASEAN-ın fəaliyyəti və onun regionda rolu” mövzusunda mühazirə oxuyub və onların suallarını cavablandırıb.

Oxşar Xəbərlər