BDU-da “Çin dili körpüsü” müsabiqəsi keçirilib – FOTO

Mayın 21-də Bakı Dövlət Universitetinin Konfutsi Mərkəzi və Çin Xalq Respublikasının ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə XXIII “Çin dili körpüsü” beynəlxalq müsabiqəsi keçirilib.

QİA.az xəbər verir ki, “Çin dili körpüsü” müsabiqəsi beynəlxalq “Çin dili körpüsü” müsabiqəsinin önəmli hissəsini təşkil edir. Müsabiqə Çin dilinin Azərbaycanda öyrənilməsi üzrə böyük əhəmiyyət daşıyır.

Müsabiqədə ölkənin müxtəlif təhsil ocaqlarından Çin dilini öyrənən tələbələr iştirak ediblər. İştirakçılar dil bilikləri ilə yanaşı, rəqs, rəsm, mahnı və aktyorluq kimi istedadlarını da sərgiləyiblər.

Müsabiqədə Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili Dinq Tao, BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov, Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan, BDU-nun beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov, BDU-da fəaliyyət göstərən Konfutsi mərkəzinin direktoru Vanq Haoqianq iştirak ediblər.

Müsabiqədə birinci yeri Xəzər Universitetində fəaliyyət göstərən Konfutsi mərkəzinin tələbəsi Xəyalə Məmmədova, ikinci yeri BDU-nun Şərqşünaslıq fakültəsinin tələbəsi Sevda Məcidli, üçüncü yeri Şərqşünaslıq fakültəsinin tələbəsi Ayla İsmaylova, BDU-nun Konfutsi mərkəzinin tələbəsi Fəridə Süleymanova və Azərbaycan Dillər Universitetinin tələbəsi Fatimə Əliyeva tutublar.

Müsabiqədə birinci yer qazanan iştirakçı Azərbaycanı Çində keçiriləcək final mərhələdə təmsil edəcək.

Oxşar Xəbərlər