BDU-nun dosenti vəfat edib – FOTO

Apr19,2021 #BDU #dosent

Bakı Dövlət Universitetinin (BDU) dosenti vəfat edib.

“QİA.az” xəbər verir ki, universitetin Kimya fakültəsinin Üzvi kimya kafedrasının dosenti Arif İsmiyev 56 yaşında dünyasını dəyişib.

Onun koronavirusdan (COVID-19) öldüyü bildirilib.

Qeyd edək ki, A.İsmiyev 1982-1989-cu illərdə BDU-nun Kimya fakültəsində təhsil alıb. 2006-cı ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb.

Arif İsmiyev

Oxşar Xəbərlər