BDU-nun komandaları turnirdə uğurlu nəticə göstəriblər

May2,2024

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Yasamal Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatı və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən rayon turnirində Bakı Dövlət Universitetinin (BDU) müxtəlif idman növləri üzrə komandaları uğurlu nəticələr göstəriblər.

Belə ki, BDU-nun qızlardan ibarət voleybol komandası l, şahmat komandası I, basketbol komandası II, stolüstü tennis komandası lll yeri qazanıb.

Qaliblər müvafiq dərəcəli kubok, diplom və medallarla təltif ediliblər.

Oxşar Xəbərlər