BDU və ETSN-in təşkilatçılığı ilə ağacəkmə aksiyası

Apr29,2024

Bakı Dövlət Universiteti (BDU) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Bakının Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

QİA.az xəbər verir ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən aksiya zamanı Nazirliyin əməkdaşları, ekokönüllüləri, BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin müəllim-tələbə heyəti və “BDU könüllüləri”nin iştirakı ilə ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Ekoloji davamlılıq, yaşıllıq zonalarının bərpası və genişləndirilməsini təşviq edən tədbirin məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların artırılmasına yönəltmək və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.

Oxşar Xəbərlər