Belarus Minsk Milli hava limanına uçuşların həyata keçirilməsi üçün Azərbaycan aviadaşıyıcılarının cəlb olunmasında maraqlıdır.
QİA.AZ-ın məlumatına görə, bunu Belarusun Rusiyadakı səfiri Vladimir Semaşko deyib.
O bildirib ki, “Belavia” şirkətinin uçuş coğrafiyasının genişləndirilməsi prioritet xarakter daşıyır: “İnsanların tələbatının təmin olunması məqsədilə Minsk Milli hava limanına uçuşların həyata keçirilməsi üçün xarici aviadaşıyıcıları cəlb etmək lazımdır. Hazırda bu istiqamətdə Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Serbiya və Qətərlə danışıqlar aparılır”.