Belçikalı senator yenidən AŞPA-nın prezidenti seçilib

Yan25,2021

Hendrik Daems daha bir il müddətinə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti seçilib.

“QİA.AZ” xəbər verir ki, Belçikadan olan senator 2020-ci ildən qurumun prezidenti vəzifəsini icra edirdi və bu il eyni posta yeganə namizəd idi.

Xatırladaq ki, AŞPA prezidentliyinə növbəti seçkilər 2022-ci ilin yanvarında baş tutacaq. Onda qurumun prezidenti Avropa Xalq Partiyasından seçiləcək.

Oxşar Xəbərlər