“İsrail yaxın günlərdə Fələstinin radikal HƏMAS hərəkatına hərbi və siyasi təzyiqi artırmaq niyyətindədir”.
Bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
“Yaxın günlərdə biz HƏMAS-a hərbi və siyasi təzyiqi artıracağıq, çünki bu, girovlarımızı azad etmək və qələbəyə nail olmaq üçün yeganə yoldur”, – o bildirib.
Netanyahu xatırladıb ki, 133 israilli hələ də Qəzza zolağında girov saxlanılır. Onun sözlərinə görə, HƏMAS nümayəndələri onların azad edilməsi ilə bağlı bütün təklifləri qəti şəkildə rədd etməkdə davam edirlər.
“HƏMAS öz ifrat mövqelərindən geri çəkilmək əvəzinə, bizi içimizdən parçalamağa çalışır, İsrail hökumətinə edilən təzyiqdən dəstək alır. Nəticədə, bu oğurlananların azadlığa buraxılması şərtlərini daha da ağırlaşdırır. Biz onlara əlavə və ağrılı zərbələr endirəcəyik və bu, yaxın gələcəkdə baş verəcək”, – deyə baş nazir bildirib.
Mənbə: TASS