“Beşiktaş” Türkiyə Superkubokunun qalibi olub

Futbol üzrə Türkiyə Superkubokunun qalibi məlum olub.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, həlledici matçda son ölkə çempionu “Qalatasaray”la kubokun qalibi “Beşiktaş” üz-üzə gəlib. Atatürk Olimpiya Stadionunda keçirilən qarşılaşma “qara qartallar”ın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Çiro İmmobile (2 qol) və Yonas Svensson, Rafa Silva və Mustafa Hekimoğlu vurublar.

“Qalatasaray”ın heyətində 87-ci dəqiqədə Viktor Nelsson qırmızı vərəqə alıb.

Oxşar Xəbərlər