“Beşiktaş”ın idman direktoru “Qarabağ”ın hücumçusu üçün Almaniyaya gedəcək

Türkiyənin “Beşiktaş” klubunun idman direktoru Samet Aybaba “Qarabağ”ın futbolçusu Juninyonu izləmək üçün Almaniyaya gedəcək.

QİA.az “fotospor”a istinadla xəbər verir ki, təcrübəli mütəxəssis UEFA Avropa Liqasının 1/8 final mərhələsinin “Bayer 04” – “Qarabağ” görüşünə tribunadan baxacaq.

O, eyni zamanda məşqçilər korpusunun gündəmində olan Almaniya təmsilçisinin iki futbolçusu – Borxa İqlesias və Timoti Fosu-Mensahın son durumu ilə də maraqlanacaq. Samet Aybaba bir gün əvvəl isə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində baş tutacaq “Borussiya” (Dortmund, Almaniya) – PSV (Niderland) qarşılaşmasını izləyəcək.

Qeyd edək ki, “Bayer 04” ilə “Qarabağ” arasında cavab görüşü martın 14-də Leverkuzendə keçiriləcək. Bakıdakı ilk matç 2:2 hesabı ilə nəticələnib.

Oxşar Xəbərlər