Beyləqanda daha 2 COVID-19 xəstəsinə cinayət işi başlanıldı

Dek19,2020
Beyləqanda daha 2 COVID-19 xəstəsinə cinayət işi başlanıldı

Beyləqan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

QIA.AZ bildirib ki, RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində rayon sakinləri – L.Orucova və Q.Quliyevin koronavirus pandemiyasına yoluxmalarına baxmayaraq, yaşadığı ünvanı tərk edərək karantin rejiminin tələblərini pozduqları müəyyən edilib.

Həmin şəxslər rayon ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb və müalicə aldıqları müvafiq ünvanlara aparılıblar.

Beyləqan RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb.

Oxşar Xəbərlər