Beynəlxalq Dəniz Təşkilatı Azərbaycana təşəkkür edib

Beynəlxalq Dəniz Təşkilatı Azərbaycana təşəkkür edib

Ötən ilin may ayında “SAIPEM” şirkətinin Xəzər dənizində boru düzmə əməliyyatları üçün istismar olunan “İsrafil Hüseynov” gəmisində baş vermiş partlayış zamanı xəsarət alanların xilasedilməsində şücaət göstərən “CITADEL” gəmisinin kapitanı Elbrus İsmayılov dəniz nəqliyyatı sahəsində göstərdiyi peşəkarlığa və fədakarlığa görə Beynəlxalq Dəniz Təşkilatının (BDT) təşəkkür məktubuna layiq görülüb.

QİA.AZ Reporta istinadən xəbər verir ki,

“Hadisə barədə Agentliyin Milli Mərkəzinə məlumat daxil olandan qurumun kapitalnları xilasetmə əməliyyatlarının koordinasiyası, aidiyyəti qurumların hadisənin nəticələrinin aradan qaldırılmasına cəlb edilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini təmin edib.

Hadisə baş verən zaman pis hava şəraiti ilə əlaqədar helikopterin və sairə xilasedici vasitələrin cəlb olunması mümkün olmadığından “BUE CASPIAN LTD” şirkətinə məxsus “CITADEL” gəmisindən “İsrafil Hüseynov” gəmisinin yaralı personalını dərhal təxliyə etmək xahiş olunub. E.İsmayılovun rəhbərliyi altında 17 nəfərdən ibarət gəmi heyət üzvləri hadisə zamanı yaralı personalın təxliyə olunmasında təqdirəlayiq şücaət nümayiş etdiriblər. Təxliyə zamanı xəsarət alanların sürətli və təhlükəsiz şəraitdə sahilə çıxarılaraq onlara yardım göstərilməsi təmin olunub.

Dənizdə qatı duman şəraitində gəminin dəniz qurğusuna təhlükəsiz yanalmasının təmin edilməsi, zərərçəkən personalın gəmiyə təhlükəsiz transferi və onların tibbi yardım müəssisəsinə vaxtında çatdırılmasında operativliyin təmin olunması, dənizçilərimizin peşəkarlığından və yüksək fədakarlıqla cəsarətli addım atmasından xəbər verir.

“BUE CASPİAN LTD” Şirkətinin Azərbaycandakı nümayəndəliyi Agentliyin rəhbərliyinə rəsmi müraciət ünvanlayaraq qəzada xəsarət alanların xəstəxanaya çatdırılması istiqamətində həyata keçirilən təxirəsalınmaz tədbirlər zamanı dənizçilərin göstərdiyi şücaətlə bağlı məlumat verib.

Xilasetmə əməliyyatlarında fədakarlıq nümayiş etdirən dənizçilər ötən ilin noyabr ayında Agentliyin direktoru Qüdrət Qurbanovun əmri ilə dəniz nəqliyyatında xilasetmə əməliyyatları zamanı göstərdikləri şücaətə görə “Donanmanın fəxri işçisi” döş nişanı və Fəxri Fərmanlarla təltif ediliblər.

Direktorun göstərişi ilə E.İsmayılovun rəhbərliyi altında dənizçilərin xilasetmə əməliyyatlarında göstərdiyi şücaət barədə məlumatlar BDT-yə təqdim olunub.

Təşkilatın Şurasının qərarına əsasən “CITADEL” gəmisinin kapitanı E.İsmayılov dəniz nəqliyyatı sahəsində göstərdiyi peşəkarlığa və fədakarlığa görə təşəkkür məktubuna layiq görülüb.

Bununla əlaqədar olaraq, Təşkilatın Baş Katibi Kitak Lim Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanova məktub ünvanlayaraq kapitan E.İsmayılovun şücaəti ilə bağlı məlumatın təqdim edilməsinə görə təşəkkürünü bildirərək ona öz adından səmimi təbriklərinin çatdırılmasını xahiş edib.

Azərbaycan dənizçisinin göstərdiyi peşəkarlığın və cəsarətin BDT-nin Baş Qərargahında formalaşdırılmış müvafiq komissiya tərəfindən müzakirə olunması, eləcə də təşəkkür məktubuna layiq görülən dənizçilər sırasında yer alması hər birimiz üçün qürurverici haldır”, – məlumatda qeyd olunub.G

Oxşar Xəbərlər