Beynəlxalq Basketbol Federasiyasının prezidenti istefa verib

İyn14,2021

Beynəlxalq Basketbol Federasiyasının (FIBA) prezidenti Hamane Nyanq istefa verib.

“QİA.az” FIBA-nın rəsmi saytına istinadən xəbər verir ki, Malidən olan funksioner yerli federasiyanın üzvlərinə qarşı cinsi təcavüz iddiaları ilə bağlı vəzifəsindən müvəqqəti ayrılıb.

Onu hələlik bu postda qurumun vitse-prezidenti şeyx Saud Əli Əl-Tani əvəzləyib.

Qeyd edək ki, Nyanq 1999 – 2007-ci illərdə Mali Basketbol Federasiyasına rəhbərlik edib. Təcavüzdə günahlandırılanlar yığmanın məşqçiləri – Amadu Bamba, Umar Sissoko və federasiya nümayəndəsi Hario Maiqadır. Onların hər üçü vəzifələrindən kənarlaşdırılıblar. Nyanqın özü isə ittihamları rədd edir.

Oxşar Xəbərlər