Beynəlxalq Cüdo Federasiyasının Prezidenti Marius Vizerdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
QİA.AZ xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə Sizi təbrik edir, Zati-alinizə və ailənizə ən xoş arzularımı çatdırır, böyük nailiyyətlər və xoşbəxtlik diləyirəm.
Sizə və Azərbaycana bütün bəşəriyyət üçün sülh və tərəqqiyə töhfə verəcək yeni-yeni nailiyyətlər və firavanlıq dolu yeni il arzulayıram”.