Energetika Nazirliyindən QİA.AZ-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş 2020-ciilin yekunlarına həsr olunmuş müşavirədə dövlət başçısının işğaldan azad edilmişərazilərdə yaşıl enerji zonasının yaradılması ilə bağlı çağırışına müvafiq olaraq, buistiqamətdə beynəlxalq maliyyə qurumları ilə texniki dəstək çərçivəsində əməkdaşlıqimkanlarının müzakirəsi məqsədi ilə koordinasiya görüşü keçirilib.Görüşdə Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqının AzərbaycandakıNümayəndəliyi, BMT-nin İnkişaf Proqramı, ABŞ Beynəlxalq İnkişaf Agentliyi, AlmanBeynəlxalq Əməkdaşlıq Cəmiyyəti, Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası,Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı kimi beynəlxalq maliyyəinstitutları və qurumların nümayəndələri iştirak ediblər.Energetika nazirinin müavini Elnur Soltanov və aparat rəhbəri Zaur Məmmədovtərəfindən tədbir iştirakçılarına müvafiq sahədə görülmüş işlər və nəzərdə tutulan planlarhaqqında məlumat verilib. Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktormüavini Təbriz Əmmayev tərəfindən işğaldan azad edilmiş ərazilərin bərpa olunan enerjipotensialına dair məlumatları özündə ehtiva edən təqdimat nümayiş etdirilib.Daha sonra beynəlxalq qurumların məsələ ilə bağlı fikirləri dinlənilib, suallarcavablandırılıb. Yaşıl enerji zonasının yaradılması ilə bağlı çağırış beynəlxalq qurumlartərəfindən müsbət qiymətləndirilib və bu sahədə əməkdaşlığa maraq ifadə edilib. İlkinaddım olaraq məsləhətçi şirkət cəlb edilməsi üçün texniki tapşırıq layihəsinin hazırlanmasıüzrə birgə əməkdaşlıq məsələsi nəzərdən keçirilib.Görüşdə həmçinin, gələcəkdə bərpa olunan enerji hərraclarının işğaldan azadedilmiş ərazilərdə təşkil edilməsi və bu sahəyə özəl investisiyaların cəlbi imkanlarımüzakirə edilib.