“Beynəlxalq Ordu Oyunları – 2021”-də iştirak edən heyətimiz Moskvadan Bakıya qayıdıb

Sen7,2021

“Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində Rusiya Federasiyasının Moskva şəhərində keçirilən “Tank biatlonu” və “Mədəniyyət Ordusu” müsabiqələrində iştirak edən komandalarımız Bakıya qayıdıb.

Müdafiə Nazirliyindən QİA.AZ-a verilən məlumata görə, müsabiqələrdə uğurla çıxış edən hərbçilərimizin qarşılanma mərasimi hərbi orkestrin müşayiəti ilə keçirilib.
Qeyd edək ki, Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində Rusiyada “Tank biatlonu” və “Mədəniyyət Ordusu”, İran İslam Respublikasında “Dəniz kuboku”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları” müsabiqələrində iştirak edərək yüksək nəticələr göstərib.

Oxşar Xəbərlər