Biləsuvarda yeniyetməni avtomobil vurub

Biləsuvarda velosipedçini minik avtomobili vurub.

“QİA.AZ” məlumatına görə, hadisə rayonun Xırmandalı kəndi ərazində yerləşən “Rüfət” şadlıq sarayının qarşısında qeydə alınıb.

Belə ki, Beyləqan şəhər sakini, 1992-ci il təvəllüdlü Məmmədli Elnur Hüseyn oğlu idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə velosipedlə hərəkət edən Bəydili kənd sakini, 2004-ci il təvəllüdlü, Həsənov Rəvan Ziya oğlunu vurub.

Nəticədə velosipedçi ağır xəsarət alıb. Yaralı Biləsuvar rayon Mərkəzi Xəstəxasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər