Lənkəran Ağır Cinayətlər Məhkəməsində Biləsuvar rayonunda polisi öldürməyə cəhddə təqsirləndirilən Sərvan Yaqubovun cinayət işi üzrə hazırlıq iclası başlayıb.
“QİA.AZ“ın xəbərinə görə, hakim İlkin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası noyabrın 10-na təyin olunub.
Qeyd edək ki, bu il iyulun 30-u saat 22 radələrində Cəbrayıl rayon sakini Qurban Qurbanovun xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla zərərçəkmişin tanışı S.Yaqubovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı polis serjanti Q.Qurbanova xidmətdən kənar vaxtda bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
S.Yaqubov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.