Biləsuvarda Təhsil Nazirliyi müsabiqəsinin qalib layihəsinin açılışı olub

Noy2,2020
Biləsuvarda Təhsil Nazirliyi müsabiqəsinin qalib layihəsinin açılışı olub

Biləsuvar rayonunda “Məktəb daxilində kafedraların yaradılması ilə metodik xidmət sisteminin təkmilləşdirilməsi” layihəsinin açılış mərasimi keçirilib.

“QİA.AZ”ın Muğan bürosunun məlumatına görə, açılış mərasimi pandemiya ilə bağlı mövcud şərait nəzərə alınaraq onlayn şəkildə həyata keçirilib.

Layihənin rəhbəri Mehman Əliyev açılışda ilk olaraq Təhsil Nazirliyinin məktəb və müəllimlərin ideyalarını həyata keçirmək üçün yaratdığı qrant müsabiqəsi barədə ətraflı məlumat verib. Həmçinin bildirib ki, layihənin məqsədi məktəb daxilində fənlər üzrə kafedralar yaratmaqla tədris prosesinin təkmilləşdirilməsinə və daha səmərəli qurulmasına, metodik xidmət üçün əməkdaşlıq mühitinin təkmilləşdirilməsinə, idarəetmənin asanlaşdırlmasına, öyrənmə prosesinin effektivliyinin artırılmasına şərait yaratmaqdır.

O vurğulayıb ki, layihə çərçivəsində ilk öncə layihə komandası formalaşdırılıb. Daha sonra layihənin məktəbdaxilində onlayn təqdimatı keçirilib. Həmçinin fənlər üzrə kafedralar yaradılacaq və kafedralara rəhbərlər təyin ediləcək. Bu kafedra rəhbərlərinə 4 istiqamətdə onlayn təlimlər keçiriləcək.

Oxşar Xəbərlər