Binəqədi rayonunda yol qəzası olub, xəsarət alanlar var

May3,2021

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

QİA.AZ-ın məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1953-cü il təvəllüdlü Yəhyayev Elcan Məhəmməd oğlu və 1995-ci il təvəllüdlü Cəlilov Şaiq Şahin oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. E.Yəhyayeva sol qolun sınığı, Ş.Cəlilova isə körpücük sümüyünün sınığı diaqnozları qoyulub.

Oxşar Xəbərlər