Əməkdar elm xadimi, tibb elmləri doktoru, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümü münasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin avtomobil Səyyar Klinikası ilə birlikdə Binəqədi rayonunun Xocasən qəsəbəsində humanitar aksiya həyata keçirilib.
QİA.AZ xəbər verir ki, Mərkəzin avtomobil Səyyar Klinikasının peşəkar həkim heyəti Binəqədi rayonu Xocəsən qəsəbəsində şəhid ailələri və müharibə əlilləri üçün dövlət tərəfindən inşa olunmuş mənzillərdə yaşayan sakinlərə tibbi xidmət göstərib.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova müayinədən keçən sakinlərlə görüşüb. Sakinlərə cansağlığı arzu edən Sevinc xanım həkimlərə təşəkkür edib.
Qeyd edək ki, müasir tibbi avadanlıqlarla təchiz olunmuş Səyyar Klinikada 125 nəfər rayon sakini yüksək səviyyədə göz müayinəsi və həkim konsultasiyası xidmətlərindən yararlanıb.
Rayon sakinləri şəhid ailələrinə, qazilərə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Sakinlər Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin peşəkar həkim komandasına təşəkkür ediblər.