Binəqədidə qadın yol qəzasında ağır xəsarət alıb

İyn7,2021

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“QİA.az”ın məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində sərnişin, 1980-ci il təvəllüdlü Abbasova Samirə Səfər qızı ağır xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona çanaq sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər