Almaniyanın ABŞ şirkəti ilə birgə koronavirusa qarşı vaksin yaradan “BioNTech” firması müştərək texnologiya ilə malyariya əleyhinə peyvənd yaratmağı planlaşdırır.
QİA.AZ xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilir.
“BioNTech” bu gün özünün Afrika qitəsində davamlı peyvənd tədarükünü təmin edəcək və yüksək təsirli vaksinin hazırlanmasını ehtimal edən malyariya peyvəndi layihəsinə başladığını elan etdi”, – deyə şirkətin məlumatında bildirilir.
Qeyd edilir ki, kliniki sınaqların başlanğıcı üçün ən perspektivli nümunələrin əldə edilməsi 2022-ci ilin sonuna planlaşdırılır.
Bundan başqa, “BioNTech” həmçinin 2022-ci ildə vərəmə qarşı vaksinin kliniki sınaqlarına da başlamaq niyyətindədir.