Bir gündə 28,5 kq-dan çox narkotik vasitə aşkar edilib

Mar24,2024

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 23-də ümumi çəkisi 28,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə QİA.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 24 kiloqramdan artıq marixuana, 3,8 kiloqrama yaxın tiryək, 700 qrama yaxın heroin və metamfetamin, həmçinin 200 ədəd metadon həbi olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Oxşar Xəbərlər