Sabirabadda bir yaşlı uşaq pilləkəndən yıxılaraq həyatını itirib.
“Report”un məlumatına görə, hadisə Qalağayın kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 2023-cü il təvəllüdlü Mehdi Maşallah oğlu Bağırov evdə valideynlərinin nəzarətindən yayınaraq pilləkəndən yıxılıb.
İlkin məlumata görə, ağır kəllə-beyin travması alan uşaq Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.