Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayıb və atəşkəsin davamlı olmasına, sabitliyin təmin olunmasına, sülh və əmin-amanlığın bölgədə hakim olmasına öz töhfəsini verəcək.
QİA.AZ-ın məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar ölkənin hərbi rəhbərliyi ilə onlayn iclası zamanı deyib.
İclasda Türkiyənin Baş Qərargah rəisi Yaşar Gülər, nazir müavinləri Yunus Əmrə Karaosmanoğlu, Alpaslan Kavakloğlu və qoşun növləri komandanları iştirak edib.
Bundan başqa, ilk dəfə iclasda Monitorinq mərkəzində olan general da iştirak edib. Nazir generala müvafiq tapşırıqlarını verib.