Birinci vitse-prezident Mehriban Əliyeva: Tahir Salahov səmimi, son dərəcə bacarıqlı və səxavətli insan idi

May21,2021

Birinci vitse-prezident Mehriban Əliyeva Xalq rəssamı Tahir Salahovun vəfatı ilə bağlı rəsmi “İnstaqram” səhifəsində paylaşım edib.

QİA.AZ-ın məlumatına görə, paylaşımda deyilir:

“Tahir Salahov səmimi, son dərəcə bacarıqlı və səxavətli insan idi. O, özünün çoxşaxəli istedadı, tükənməz enerjisi, peşəsinə hədsiz sədaqəti sayəsində bütün dünyada sənətsevərlərin böyük və sonsuz sevgisini qazanmışdı. Tahir Salahovun nurlu xatirəsi doğmalarının, həmkarlarının, dostlarının və onun nadir istedadının çoxsaylı pərəstişkarlarının qəlbində əbədi yaşayacaqdır”.

Oxşar Xəbərlər