Birləşmiş Krallıq ilə Azərbaycan xalqları, mədəniyyətləri və təhsili arasında güclü əlaqələr mövcuddur.
Böyük Britaniyanın Azərbaycandakı Səfirliyindən QİA.AZ-a verilən məlumata görə, bunu Birləşmiş Krallığın Avropa Qonşuluğu üzrə Dövlət Naziri Vendi Morton mətbuata açıqlamasında bildirib.
Nazir Azərbaycanın zəngin mədəni irsini burada Uels Şahzadəsinin Ənənəvi İncəsənət Məktəbində şəxsən görməkdən məmnun olduğunu bildirib:
“Bir az əvvəl qadınları və qızları məişət zorakılığından qorumaq üçün əhəmiyyətli işlər görən qadın sığınacağına səfər etdim.
Bundan əlavə, gender bərabərliyini təşviq etmək üçün mühüm işlər görən ilhamverici Azərbaycanlı qadın liderləri ilə də görüşmək imkanım oldu.
Azərbaycana səfər edən Birləşmiş Krallığın Arvopa Qonşuluğu üzrə dövlət naziri olaraq bu sahədə Azərbaycan Hökuməti ilə sıx əməkdaşlıq edəcəyəm.
Güclü və uzunmüddətli sülhün qurulmasında qadınlar mühüm rol oynaya bilər. Qadınlar danışıqlar masasında olduğu hallarda, sülh razılaşmasının həyata keçirilmə və davamlı olması ehtimalı daha yüksəkdir.
Silahlı qarşıdurma hər zaman qadınlar və qızlar üzərində mütənasib təsir göstərir və bu səbəbdən də Azərbaycan Hökumətinin Qadınlar, Sülh və Təhlükəsizlik üzrə Milli Fəaliyyət Planını qəbul etməsi xüsusi əhəmiyyət daşıyır.
Birləşmiş Krallıq qadın və qızların hüquqlarını və gender bərabərliyini təşviq edən qabaqcıl ölkələrdən biridir və biz xüsusilə Azərbaycanlı qadınları məişət zorakılığından qoruyacaq İstanbul Konvensiyasını imzalamağa təşviq edirik”.