Birləşmiş Ştatlarda 28 May – Respublika Günü münasibətilə məktub kampaniyası təşkil edilib

Amerika–Azərbaycan Şurasının və “Pax Turcica” təşkilatının birgə təşkilatçılığı ilə 28 May – Respublika Gününə həsr olunmuş məktub kampaniyasına başlanılıb.

Bu barəd “QİA.az”a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məktubda deyilir ki, Azərbaycan xalqı mayın 28-də Azərbaycan Demokratik Respublikasının (ADR) yaradılmasının 103-cü ildönümünü qeyd edəcək. Bildirilib ki, ADR dünyada müsəlmanların çoxluq təşkil etdiyi ilk demokratik parlament quruluşuna malik dövlət olub. ADR-in 1920-ci ildə bolşeviklər tərəfindən işğalına qədər mövcud olduğu qısa müddət ərzində ölkəmizdə dünyəvi demokratik institutların yaradıldığı, qadınlara (ABŞ-dan öncə) seçki hüququnun verildiyi və Azərbaycanın müstəqilliyinin beynəlxalq səviyyədə tanınmasının təmin edildiyi nəzərə çatdırılıb.

Məktub müəllifləri yerli ictimaiyyəti Azərbaycanın demokratik təcrübəsi barədə məlumatlılığı artıran və 28 May tarixinin Azərbaycanın Milli Günü kimi tanınmasına həsr olunan kampaniyaya qoşulmağa çağırıb.

Kampaniyaya https://www.congressweb.com/AAC/6#/6/ linki vasitəsilə qoşulmaq mümkündür.

Oxşar Xəbərlər