İqtisadiyyat

Bitcoin dünyada ilk dəfə bir ölkənin rəsmi valyutası olub

Movavi

Mərkəzi Amerika ölkəsi El Salvador Konqresi kriptovalyuta bitcoini qanuni ödəmə vasitəsi kimi tanıyan qanunu qəbul edib.

“QİA.az” xarici mətbuata istinadən xəbər verir ki, bununla da bitcoin dünyada ilk dəfə bir ölkənin rəsmi valyutası olub.

Təklifin sahibi El Salvador prezidenti Nayib Bukele, qanunun 62 leyhinə səslə qəbul edildiyini açıqlayb.

Qyed edək ki, ötən həftə “Bitcoin 2021” konfransına video mesaj göndərən prezident Bukele bitcoini ödəmə vasitəsi olaraq qəbul edəcək qanunu Konqresə göndərəcəyini bildirmişdi.

“Bitcoin 680 milyard ABŞdollarlıq bir bazar dəyərinə sahibdir. Bunun %-i nisbətində El Salvadora investisiya qoyulsa, ölkə iqtisadiyyatı 25 % böyüyər. Bununla birlikdə kriptovalyuta potensial 10 milyon yeni istifadəçiyə çatacaq”, – deyə o bildirib.

Hire Freelancers

Əlaqəli xəbər

Həmçinin oxuyun
Close
Back to top button