Bitkoin 15 faiz ucuzlaşıb

Yan4,2021

Dünyanın ən populyar kriptovalyutası olan bitkoin gün ərzində dəyərini 15 faizini itirib.

QİA.AZ-ın məlumatına görə, kriptovalyutanın qiyməti 28 min dollar həddinədək azalıb. Birjalarda bitkoinin qiyməti 28 218 dollara bərabər olub.

Sonrakı dəqiqələrdə bitkoin 30 min dollar ətrafında alınıb-satılıb.

Qeyd edək ki, bir neçə gün əvvəl bitkoinin qiyməti 34 min dollar həddini keçmişdi.

Oxşar Xəbərlər