Blinken Fidanla Cənubi Qafqazı müzakirə edib

Ötən gün ABŞ-nin dövlət katibi Entoni Blinkenlə türkiyəli həmkarı Hakan Fidan arasında görüş olub.

QİA.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat katibi Mettyu Millerin bəyanatında bildirilib.

Bildirilib ki, tərəflər Suriya, Cənubi Qafqaz və Yaxın Şərqdə davamlı sülhün əldə edilməsi ilə bağlı ABŞ-Türkiyə əməkdaşlığını müzakirə ediblər:

“Katib və xarici işlər naziri Birləşmiş Ştatlar və Türkiyə arasında ticarət və sərmayəni genişləndirmək barədə razılığa gəliblər və Rusiyanın Ukraynaya qanunsuz tammiqyaslı hərbi müdaxiləsinə baxmayaraq, Qara dəniz bölgəsinin etibarlı və təhlükəsiz qalmalı olduğunu bir daha təsdiqləyiblər. Onlar həmçinin ABŞ-Türkiyə Fulbrayt proqramının 75-ci ildönümünü qeyd ediblər və İsveçin NATO-nun 32-ci müttəfiqi kimi qəbul olunmasını alqışlayıblar”.

Xatırladaq ki, martın 7-də Hakan Fidan ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla görüşüb.

Oxşar Xəbərlər