Rusiya qapalı məsləhətləşmələrdə BMT Təhlükəsizlik Şurasının üzvlərini Azərbaycan və Ermənistanın Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması üzrə razılaşması haqqında məlumatlandırıb.
“QİA.AZ” xəbər verir ki, bu barədə TASS-a təşkilatdakı mənbə bildirib.
“Rusiya bu gün BMT Təhlükəsizlik Şurasında Moskva, Bakı və Yerevanın Dağlıq Qarabağda atəşin dayandırılması haqqında nail olunmuş razılaşması haqqında danışdı”, – mənbə qeyd edib.
O, bildirib ki, görüş qapalı formatda keçib.