BMT Baş Assambleyası 2021-ci ilin büdcəsini təsdiqləyib

Yan1,2021

BMT Baş Assambleyası dekabrın 31-də keçirilən iclasda 2021-ci il üçün ümumi həcmi 3,21 milyard ABŞ dolları olan büdcəni qəbul edib. Əsas maliyyə sənədini 168 dövlət dəstəkləyib, yalnız ABŞ və İsrail əleyhinə çıxış edib.

“QİA.AZ” xəbər verir ki, bu barədə TASS BMT-nin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Təsdiqlənmiş büdcə son 50 ildə ikinci ən böyük büdcə oldu, bu da “BMT-nin qapılarını açıq saxlamağa, onun işçilərinə isə pandemiya və davam edən az maliyyələşmə şəraitində çalışmağa imkan verəcək”, – BMT-nin mətbuat xidməti bildirib.

Oxşar Xəbərlər