BMT baş katibi Qırğızıstan və Tacikistana müraciət edib

May3,2021

BMT-nin baş katibi Antoniu Quterriş Qırğızıstanı və Tacikistanı barışığa riayət etməyə çağırıb.

QİA.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə ümumdünya təşkilatının baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrik keçirdiyi brifinqdə bildirib.

“Baş katib iki ölkə liderlərinin əlaqələrini və mayın 1-də atəşin dayandırılması haqqında nail olunmuş razılaşmanı alqışlayır. O, hər iki tərəfi barışığa riayət edilməsi üçün bütün zəruri tədbirləri görməyə çağırır”, – Dyujarrik deyib.

“Baş katib həmçinin BMT-nin ehtiyac olduğu halda dəstək göstərməyə hazırlığını təsdiqləyir”, – BMT rəsmisi əlavə edib.

Quterriş toqquşmanın gedişatında həlak olanların yaxınlarına başsağlığı verib və xəsarət alanların qısa zamanda sağalmasını arzulayıb.

Oxşar Xəbərlər